Xəzər Xəbər

“Neftçi”nin Avropa Liqasındakı rəqibi məlum oldu

İdman | 16:39 • 2 Avqust 2021
“Neftçi”nin Avropa Liqasındakı rəqibi məlum oldu

Avqustun 2-də UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Xezerxdeber.az xəbər verir ki, püşkün nəticəsinə görə, “Neftçi” – HİK cütünün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.

HİK-lə ilk oyun avqustun 3-də “Bakcell Arena”da, cavab matçı isə ayın 12-də Helsinkidəki “Bolt Arena”da keçiriləcək.

Avropa Liqasının pley-off mərhələsinin görüşləri avqustun 19-da və 26-da baş tutacaq.

Xəbər lenti