Xəzər Xəbər

"Barselona"dan imtina etdi, Premyer Liqanı seçdi

İdman | 16:14 • 1 Avqust 2021
"Barselona"dan imtina etdi, Premyer Liqanı seçdi

"Atalanta"nın futbolçusu Kristian Romeronun "Barselona"nın və "Tottenhem"in hədəfində olduğunu xəbər vermişdik.

Müqavilə ilə "Yuventus"a məxsus olan 23 yaşlı futbolçu Kataloniya klubuna transfer olunmaqdan imtina edib. Buna səbəb, onun Premyer Liqada iştirak etmək istəyidir. Argentinalı müdafiəçi "Tottenhem"in təklifini daha prioritet hesab edir. 

"Atalanta" ilə "Tottenhem"in transfer danışıqlarına başlamadığı bildirilir. 

Romeronun "Atalanta" ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatır./Offsideplus.az 

Xəbər lenti