Xəzər Xəbər

"Mançester Siti" ulduzunu sata bilər - SƏBƏB

İdman | 15:21 • 1 Avqust 2021
"Mançester Siti" ulduzunu sata bilər - SƏBƏB

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva komandanı tərk edə bilər.

"The Telegraph" xəbər verir ki, "şəhərlilər" "Aston Villa"nın kapitanı Cek Qrilişi transfer edəcəkləri halda, portuqaliyalı futbolçu satışa çıxarılacaq.

Daha öncə Mançester təmsilçisinin Qrilişi Premyer Liqa tarixindəki rekord məbləğə - 117 milyona alacağı barədə informasiyalar yayılmışdı.

Silvanın "Mançester Siti" ilə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir./Fanat.Az 

Xəbər lenti