Xəzər Xəbər

Xames Rodriges "Everton"dan gedir?

İdman | 18:24 • 31 İyul 2021
Xames Rodriges "Everton"dan gedir?

"Everton"un yarımmüdafiəçisi Xames Rodriges gələcəyi barədə danışıb.

Goal.com onun söylədiklərini belə çatdırıb:

"Harda oynayacağımı tez-tez soruşurlar. Düzü, bilmirəm. Olduqca çətin sualdır. Gələcəkdə nə olacağını dəqiq deməyə çətinlik çəkirəm. Hazırda məşq edirəm, öz üzərimdə işləyirəm. Görək, başıma nə gəlir... Həyatda və futbolda hər şey mümkündür. "Real" dəftəri qapanıb. Bir daha açılacağını düşünmürəm. Məni harda görmək istəyirlərsə, orda da oynayacam. Məsələn, İtaliyada oynamaq üçün darıxıram. Bu da pis variant deyil. Sadəcə, bu gün heç nə dəqiqləşməyib".

Qeyd edək ki, İngiltərə mətbuatında "Everton"un X.Rodrigeslə vidalaşmaq istədiyi barədə xəbərlər yayılıb. Qərar ictimaiyyətə açıqlanmasa da, mövcud durum yayılan informasiyaları təsdiqləyir./Fanat.Az 

Xəbər lenti