Xəzər Xəbər

Məşhur futbolçunun müqaviləsi mətbuata sızdı - 115 milyon avro maaş...

İdman | 16:49 • 31 İyul 2021
Məşhur futbolçunun müqaviləsi mətbuata sızdı - 115 milyon avro maaş...

"Bavariya"dan "Real Madrid"ə transfer olunan David Alabanın müqaviləsi mətbuata sızıb.

 "Der Spiegel" nəşri xəbər verir ki, avstriyalı futbolçu 5 mövsümdə 115 milyon avro maaş alacaq. İmza haqqı, menecer xərcləri və bonuslarla birlikdə "Real Madrid" Alaba üçün 145 milyon avro xərcləyəcək.

Xəbərdə bildirilir ki, illik maaşı 19,5 milyon avro olan futbolçunun ailəsinə 6 milyon avro ödənilib. Transfer haqqı ödənilməyən 29 yaşlı mərkəx müdafiəçisi 17,7 milyon avro imza haqqı alıb. Onun meneceri bu keçiddən 5,2 milyon avro qazanıb./Fanat.Az

Xəbər lenti