Xəzər Xəbər

"Bavariya" ilə "Yuventus"un sabiq futbolçusu Super Liqada - RƏSMİ

İdman | 15:15 • 31 İyul 2021
"Bavariya" ilə "Yuventus"un sabiq futbolçusu Super Liqada - RƏSMİ

"Fatih Karagümrük" heyətini ulduz futbolçu ilə gücləndirilib.

Klubun sosial media hesablarındakı məlumata görə, Mehdi Benatia bundan sonra Super Liqa təmsilçisinin uğurları üçün tər tökəcək. 34 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 illikdir.

Qeyd edək ki, Mərakeş millisinin sabiq üzvü karyerası ərzində "Marsel", "Udineze", "Roma", "Bavariya", "Yuventus" kimi məhşur komandaların şərəfini qoruyub. 2 dəfə Almaniya, 3 dəfə İtaliya çempionu olub. Sonuncu iş yeri Qətər "Əl-Duhail"i olub./Offsideplus.az 

 

Xəbər lenti