Xəzər Xəbər

Günün transfer xəbərləri: "Liverpul"da yeni müqavilə

İdman | 11:34 • 31 İyul 2021
Günün transfer xəbərləri: "Liverpul"da yeni müqavilə
Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.   
 
İdman jurnalisti Nikolo Skira: "Gent"in ukraynalı hücumçusu Roman Yaremçuk "Benfika"ya keçə bilər. Kiyev "Dinamo"sunun yetirməsi ötən mövsüm 43 oyuna 23 qol vurub və 8 məhsuldar ötürmə yadda qalıb.
 
22 yaşlı ingiltərəli müdafiəçi Trent Aleksandr-Arnold (Trent Alexander-Arnold) "Liverpul"la müqaviləsini 2024/25 mövsümünün sonuna qədər uzadıb. Ötən mövsüm 45 matçda 2 qol vurub və 9 məhsuldar ötürmə olə fərqlənib.
 
 
Baş tutmuş transfer xəbərləri:
 
Konor Qallaxer (Conor Gallagher) (21 yaşlı ingilis yarımmüdafiəçi)
 
"Çelsi"dən (İngiltərə) - "Kristal Pelas"a (İngiltərə) keçib.
2021/22 mövsümünün sonuna qədər icarədə oynayacaq futbolçu ötən mövsüm Premyer Liqada ilk tam mövsümünü icarə əsasında "West Brom" da keçirib - 32 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Dmitri Tarasov (34 yaşlı rusiyalı yarımmüdafiəçi)
 
"Rubin"dən (Rusiya) - "Veles"ə (Rusiya) keçidi reallaşıb.
Azad agent qismində keçən futbolçunun müqaviləsi 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulur. Futbolçu 2021 -ci ilin yanvarından klubsuz idi.
 
Mehdi Benatya (Mehdi Benatia) (34 yaşlı mərakeşli müdafiəçi)
 
"Əl-Duhail" dən (Qətər) - "Fatih Karagümrük"ə (Türkiyə) keçidi baş tutub.
"Roma", "Bavariya" və "Yuventus"un sabiq futbolçusu ötən mövsüm ərəb klubunda 22 oyun keçirib. 
 
Amir Natxo (Amir Natcho) 
 
"Nomme Kalyu"dan (Estoniya) - "Levadia"ya (Estoniya) keçib.
3 illik müqavilə imzalayan futbolçu ötən mövsüm 18 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb./fanat.az

Xəbər lenti