Xəzər Xəbər

Mənə “üsyançı” deyəcəklər? Heç vecimə də deyil

İdman | 16:14 • 28 İyul 2021
Mənə “üsyançı” deyəcəklər? Heç vecimə də deyil

“Barselona”nın yeni forvardı Mefis Depay meydanda aqressiv oynamağın tərəfdarı olduğunu bildirib.

Depay “üsyançı” adlandırılmasına etiraz etmədiyini vurğulayıb:

“Mənə “üsyançı” deyəcəklər? Heç vecimə də deyil. Suares bu qədər titulu meydanda məsum olmaqla qazanmayıb.

Meydanda “üsyançı” olmağın nəyi pisdir? Başa düşə bilmirəm ki, bu ifadə niyə insanlarda mənfi assosiasiya doğurur”.

Depay “Barselona”ya bu ilin iyununda keçib./Sportinfo.az

Xəbər lenti