Xəzər Xəbər

"Fənərbağça"dan yeni transfer bombası gəlir

İdman | 16:07 • 28 İyul 2021
"Fənərbağça"dan yeni transfer bombası gəlir

"Fənərbağça" iki ulduz futbolçunun transferini bitirmək üzrədir.
 
Bir müddət səssizliyini qoruyan "sarı-lacivərtlər" transfer bombasını partlatmağa hazırlaşır. Türkiyə təmsilçisi "Latsio"nun hücumçusu Vedat Murikini heyətinə qatacaq. A Seriyası klubu futbolçusunu icarə əsasında "Fənər"ə göndərməyə razıdır.
 
Bundan əlavə, azad agent olan Aleix Vidal "Fənərbağça"nın 2,5 milyon maaş və 2+1 illik müqavilə təklifinə müsbət cavab verib. 
 
Çalışmalar yolunda gedərsə, Superliqa nəhəngi tezliklə hər iki transferi açıqlayacaq.

Xəbər lenti