Xəzər Xəbər

Premyer Liqa çempionundan 88 milyonluq təklif

İdman | 15:28 • 28 İyul 2021
Premyer Liqa çempionundan 88 milyonluq təklif

"Mançester Siti" İngiltərə millisinin və "Aston Villa"nın yarımmüdafiəçisi Cek Qrilişin klubuna rəsmi təklif göndərməyə hazırlaşır.

"Daily Mail" "şəhərlilər"in 25 yaşlı futbolçunu 75 milyon funta (88 milyon avro) almağa hazır olduğunu açıqlayıb.

Birmingem təmsilçisi komandanın kapitanıyla vidalaşmağa can atmasa da, Qrilişin yeni müqavilə imzalamağa tələsməməsi faktdır. Daha öncə sözügedən milli üzvünü 100 milyon funta (117 milyon avro) satmağı planlaşdırdığı deyilən "Aston Villa"nın "Mançester Siti"nin təklifinə necə reaksiya verəcəyi maraq doğurur.

Cek Qriliş "Aston Villa"nın öz yetirməsidir. Ötən mövsüm İngiltərə Premyer Liqasında 26 oyun keçirən yarımmüdafiəçi bu matçlarda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Çox oxunanlar