Xəzər Xəbər

Almaniya klubu Sərdara 2,8 milyon avro təklif etdi

İdman | 12:55 • 28 İyul 2021
Almaniya klubu Sərdara 2,8 milyon avro təklif etdi

“Zenit”in hücumçusu Sərdar Azmun karyerasını Bundesliqada davam etdirə bilər.

“Bayer” onu transfer etmək istəyir.

Klub iranlı futbolçuya uzunmüddətli – 5 illik müqavilə təklif edib.Onun illik məvacibi 2,8 milyon avro olacaq. “Bayer” onu transfer etmək üçün “Zenit”ə 18 milyon avro ödəməyə hazırdır.

Amma Sankt-Peterburq klubunun 20 milyon avro istədiyi bildirilir. Transferin yaxın vaxtlarda gerçəkləşəcəyi deyilir.

Sərdar “hə” cavabı verib. “Zenit” satışdan əldə olunacaq gəlirin 20 faizini “Rubin”ə ödəyəcək.

Xəbər lenti

Çox oxunanlar