Xəzər Xəbər

Günün transfer xəbərləri: "Yuventus" Jorje ilə anlaşdı, amma...

İdman | 12:57 • 27 İyul 2021
Günün transfer xəbərləri: "Yuventus" Jorje ilə anlaşdı, amma...

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.   
 
İdman jurnalisti Canluka Di Martsio: "Mançester Yunayted" "Real Madrid"in futbolçusu Rafael Varanı (Raphael Varane) 50 milyon avro qarşılığında transfer edəcək. Fransız müdafiəçi yaxın iki günə tibbi baxışdan keçəcək".

"Goal" idman xəbəri agenyliyi: "Yuventus" Kayo Jorje (Cayo Jorge) ilə razılığa gəldi. A Seriyası təmsilçisi transfer üçün ya futbolçunun klubu "Santos"la danışıq aparımalıdır, ya da Jorje gələn il azad agent olanda heyətinə qatmalıdır".

İdman jurnalisti Canluka Di Martsio: "Çinin "Şanxay Port" klubunda çıxış edən Marko Arnautoviç (Marko Arnautovic) "Bolonya"ya keçmək üçün İtaliyaya gəlib. 32 yaşlı hücumçunun transfer məbləği 3 milyon avro təşkil edir".

İdman jurnalisti Canluka Di Martsio: "Stevan Yovetiç (Stevan Jovetic) azad agent olaraq "Herta"ya keçib. Onunla müqavilə 3 illik nəzərdə tutulur".
 
Baş tutmuş transfer xəbərləri: 

Gernot Trauner (29 yaşlı avstriyalı müdafiəçi)

"LASK"dan (Avstriya) "Feyenord"a (Hollandiya) keçidi rəsmiləşdi.
Transfer məbləği: 1,5 milyon avro. 4 illik müqavilə. Ötən mövsüm 41 oyuna beş qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

Saşa Buy (Sacha Boеу) (20 yaşlı fransız müdafiəçi)

"Renn"dən (Fransa) "Qalatasaray"a (Türkiyə) keçidi rəsmiləşdi.
Transfer məbləği: 1 milyon avro. 4 illik müqavilə. 

Dieqo Riko (Diego Rico) (28 yaşlı ispaniyalı müdafiəçi)

"Bornmut"dan (İngiltərə) "Real Sosyedad"a (İspaniya) keçidi rəsmiləşdi.
2 illik müqavilə. Keçən mövsüm 38 oyun keçirib bir qol vurub və dörd məhsuldar ötürmə verib./fanat.az

Xəbər lenti