Xəzər Xəbər

Pavel Nedved Ronaldonun gələcəyi haqda nə dedi?

İdman | 12:03 • 25 İyul 2021
Pavel Nedved Ronaldonun gələcəyi haqda nə dedi?

Kriştiano Ronaldonun taleyinə aydınlıq gəlib.

Dünya futbol ulduzu "Yuventus"u tərk etməyəcək!

Bu barədə klubun vitse-prezidenti Pavel Nedved məlumat verib: "Kriştiano istirahətdən qayıdan kimi bizimlə birgə olacaq. Dəqiq desəm, bazar ertəsi məşqlərə qoşulacaq. "Yuventus"da qalır, heç yerə getmir".

Qeyd edək ki, Ronaldonun adı yayboyu "Real", PSJ, "Barselona", "Mançester Yunayted" kimi klublarla yanaşı çəkilirdi. /Offsideplus.az 

Xəbər lenti