Xəzər Xəbər

Günün transfer xəbərləri: "Qalatasaray" hərəkətdə

İdman | 13:25 • 24 İyul 2021
Günün transfer xəbərləri: "Qalatasaray" hərəkətdə

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.  

"Gazzetta dello Sport" idman qəzeti: "Cenoa" "Roma"nın ispaniyalı yarımmüdafiəçisi Pedro Rodrigezlə (Pedro Rodriguez) müqavilə bağlamağa çox yaxındır. "Canavarlar"ın baş məşqçisi Joze Mourinyu (Jose Mourinho) mövsüm öncəsi təlim-məşq toplanışı üçün iştirak ərizəsinə futbolçunun adını daxil etməyib". 

"90 min" xəbəri portalı: "Timo Vernenr (Timo Werner) "Çelsi"dən ayrılmağı düşünür. Londonda istədiyi forma və uğura qovuşa bilmədiyini düşünən alman futbolçu yeni dəvətə açıq olduğunu bildirib".

"Calcio Mercato" idman qəzeti: "Milan" rəhbərliyi Hakim Ziyeşi (Hakim Ziyech) komandanın heyətinə qatmaq istəyir. Klub futbolçunu 2021-2022 mövsümü bitdikdən sonra satın almağı düşünür".
 
İdman jurnalisti Fabrisio Romano: "Qalatasaray" və "Renn" Saşa Buy (Sacha Boey) transferi ilə bağlı razılığa gəliblər. 4 illik müqavilə nəzərdə tutulur. Buy keçidi tamamlamaq üçün bazar günü İstanbula uçacaq".

Canluka Di Marsio idman jurnalisti: "Roma" Serdar Azmunu Joze Mourinyunun (Jose Mourinho) sifarişi ilə almağa çalışır. İtaliya klubu artıq Serdar komandası "Zenit"lə əlaqə yaradıb. Rusiya təmsilçisinə "Bayer"dən 18 milyon avro məbləğində sərfəli təklif var, amma portuqaliyalı çalışdırıcının iranlı hücumçunu almaq istəyi, "Roma"nı hərəkətə gətirəcək".

İdman jurnalisti Sezar Luis Merlo: Xuan Manuel İtrube (Juan Manuel Iturbe) Yunanistan "Aris"i ilə 2 illik müqavilə bağlayıb.
Futbolçu artıq Yunanıstandadır.

İdman jurnalisti Fabrisio Romano: "Patrik van Anholt (Patrick van Aanholt) "Qalatasaray" ilə şəxsi müqavilə şərtlərində razılaşıb. Azad agent statusu daşıyan futbolçu ilə gələn həftə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atılacaq".
 
Baş tutmuş transfer xəbərləri:

Erik Ramirez (Eric Ramirez) (22 yaşlı hücumçu)

"DAK 1904"dən (Slovakiya) - "Dinamo Kiyev"ə (Ukrayna)
Transfer məbləği: 1,75 milyon avro. 5 illik müqavilə. Ötən mövsüm Venesuelalı hücumçu 35 oyuna 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti