Xəzər Xəbər

"Fənərbağça" 4 futbolçunu komandadan kənarlaşdırdı

İdman | 13:49 • 23 İyul 2021
"Fənərbağça" 4 futbolçunu komandadan kənarlaşdırdı

Türkiyənin "Fənərbağça" klubu 4 futbolçusunu əsas heyətdən kənarlaşdırıb.

İstanbul təmsilçisinin rəsmi saytı xəbər verir ki, buna komandanın baş məşqçisi Vitor Pereyra qərar verib.

Mame Tiam, Sadık Çiftpınar, Kemal Ademi ve Oğuz Kağan Güçtekinin artıq kollektivdən ayrı məşq edəcəyi açıqlanıb.

Klub həmin oyunçuların gələcək karyeraları barədə də çalışmalara başlandığını bildirib.

Xəbər lenti