Xəzər Xəbər

Günün transfer xəbərləri: Covinko Avropaya qayıdır

İdman | 12:27 • 23 İyul 2021
Günün transfer xəbərləri: Covinko Avropaya qayıdır

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.  
 
"The Sun" qəzeti: "Mançester Yunayted" "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretskanı (Leon Goretzka) Pol Poqbanın (Paul Pogba) yerinə potensial əvəzedici kimi görür. Alman futbolçunun Münhen klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır və güman edilir ki, yenilənməyəcək".

"SDNA" idman xəbəri agentliyi: "Sebastian Covinko (Sebastian Giovinco) Avropaya qayıda bilər. Yunanıstan PAOK-unun futbolçunu əsas transfer hədəfi kimi görür. İtalyan futbolçu 2015-ci ildə "Yuventus"dan ayrıldıqdan sonra Kanadanın "Toronto" və Səudiyyə Ərəbistanından "Əl-Hilal" klubunda oynayıb.

Loik Tanzi idman jurnalisti (RMC): "Southempton"un futbolçusu Mario Lemina Fransaya gəlib. O, yaxın günlərdə "Nitsa" ilə 3 illik müqavilə imzalayacaq.
 
Baş tutmuş transfer xəbərləri:
 
Andrea Poli (31 yaşlı italyan yarımmüdafiəçi)

"Bolonya"dan (İtaliya) - "Antalyaspor"a (Türkiyə)
Azad agent. 3 illik müqavilə. Ötən mövsüm futbolçu 19 oyuna cəmi 1 qol vurub.

Ramiro Funes Mori (30 yaşlı argentinalı müdafiəçi)

"Villarreal"dan (İspaniya) - "Əl-Nəsr"ə (Səudiyyə Ərəbistanı)
Transfer məbləği: 2,2 milyon avro. 2 illik müqavilə ilə bir il daha uzadılması hüququ. "Everton"un keçmiş futbolçusu ötən mövsüm 20 oyuna çıxıb. 

Bernard (28 yaşlı braziliyalı vinqer)

"Everton"dan (İngiltərə) - "Əl Şarca"ya (BƏƏ)
Azad agent. 2 illik müqavilə. Keçən mövsüm üç qol və  bir məhsuldar ötürmə ilə yadda qalan 18 oyun keçirib./fanat.az
 

Xəbər lenti