Xəzər Xəbər

Kristian Eriksen yalnız bu halda oynaya bilər

İdman | 11:33 • 23 İyul 2021
Kristian Eriksen yalnız bu halda oynaya bilər

İtaliya Futbol Federasiyasının elmi və texniki komitəsinin üzvü Françesko Brakonaro "İnter"in yarımmüdafiəçisi Kristian Eriksenin (Christian Erikssen) ürəyindəki kardiostimulyatoru çıxarmayınca, İtaliya futbol çempionatında oynamasına icazə verilməyəcəyini söyləyib.

İtaliya futbol rəsmisinin dediklərini "Radio Kiss Kiss" belə çatdırıb:
 
"Eriksenə hələ oynamaq olmaz. Urəyinə yerləşdirilən defibrilyator çıxarılacağı təqdirdə, bu məslə müzakirə oluna bilər".

Xatırladaq ki, Danimarka millisinin futbolçusunun AVRO-2020 zamanı Finlandiyaya qarşı keçirilən oyunda ürəyi dayanmışdı. Həkimlərin müdaxiləsi nəticəsində futbolçu meydandan birbaşa klinikaya aparılaraq əməliyyat (futbolçunun ürəyinə kardioverter-defibrilyator yerləşdirilib) olunmuşdu./Fanat.Az 

Xəbər lenti