Xəzər Xəbər

“Çelsi” onu “Real”dan geri qaytarır?

İdman | 17:33 • 22 İyul 2021
“Çelsi” onu “Real”dan geri qaytarır?

“Real”ın yarıımmüdafiəçisi Eden Azar karyerasını yenidən Premyer Liqada davam etdirə bilər.

“Çelsi” sabiq futbolçusunu geri qaytarmaq niyyətindədir.

Məlumata görə, klub rəhbərliyi bu yöndə fəaliyyətə başlayıb.

O da bildirilir ki, belçikalının özü də bu varianta müsbət yanaşır. Onun “Çelsi”nin futbolçuları ilə əla münasibətinin olduğu da deyilir.

Azar “Real”a 2019-cu ildə keçib. “Kral klubu” ona görə 115 milyon avro ödəyib. Ona qədər isə Eden 7 il “Çelsi”nin şərəfini qoruyub./Sportinfo.az 

Xəbər lenti