Xəzər Xəbər

Günün transfer xəbərləri: Rafael Benitez "Vilyarreal"ın futbolçusunu istəyir

İdman | 11:07 • 22 İyul 2021
Günün transfer xəbərləri: Rafael Benitez "Vilyarreal"ın futbolçusunu istəyir

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.  
 
"Athletic" xəbər agentliyi: "Everton" "Vilyarreal"ın nigeriyalı yarımmüdafiəçisi Samuel Çukvuezeni (Samel Chukwueze) heyətinə cəlb etmək niyyətindədir.  Bu transferi "Everton"un baş məşqçisi Rafael Benitezin şəxsən istəyib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. İngilislər Samuel üçün İspaniya klubuna 71 milyon funt sterlinq ödəməli olacaqlar".

"Teleqraf" qəzeti: "Çelsi" "Fülhem"in keçmiş qapıçısı Markus Betinelli (Marcus Bettinelli) ilə maraqlanır. Qolkiper Villi Kabalyeronun (Willy Caballero) yerinə gətiriləcəyi düşünülür. Betinelli hazırda azad agentdir və ötən mövsüm "Midlsbro"da icarədə oynayıb".

Baş tutmuş transfer xəbərləri:

Felipe Viseu (Felipe Vizeu) (24 yaşlı braziliyalı hücumçu)

"Udineze"dən (İtaliya) - "Yokohama"ya (Yaponiya)
31 dekabr 2021-ci ilədək icarə. Keçən mövsüm 18 oyuna, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bekim Balyay (Bekim Balaj) (30 yaşlı albaniyalı hücumçu)

"Şturm"dan (Avstriya) - "Nijniy Novgorod"a (Rusiya)
Azad agent. Ötən mövsüm "Axmat"in keçmiş futbolçusu 7 qolla yadda qalıb.

Karl Starfelt (Carl Starfelt) (26 yaşlı İsveç müdafiəçisi)

"Rubin"dən (Rusiya) - "Seltik"ə (Şotlandiya)
Transfer məbləği: 5 milyon avro. 4 illik müqavilə. Ötən mövsüm 31 matç oynayıb, üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Kristofer Ayer (Christopher Iyer) (23 yaşlı norveçli müdafiəçi)

"SeltiK"dən (Şotlandiya) - "Brentford"a (İngiltərə)
Transfer məbləği: 13,5 milyon funt sterlinq. 5 illik müqavilə. Ötən mövsüm 46 oyuna iki qol vurub və 4 məhsuldar ötürmə verib.

Dalbert (27 yaşlı Braziliya müdafiəçisi)

"İnter"dən (İtaliya) - "Kalyari"yə (İtaliya)
Satın alma hüququ ilə bir illik icarə. Ötən mövsüm "Renn"də icarə əsasında oynayıb./fanat.az

Xəbər lenti