Xəzər Xəbər

"Qalatasaray"ın transfer bombası - Maaşı açıqlandı

İdman | 15:00 • 21 İyul 2021
"Qalatasaray"ın transfer bombası - Maaşı açıqlandı

"Qalatasaray" son mövsümü icarə əsasında "Beşiktaş"da keçirən Raşid Gezzallə anlaşıb.

"Fanatik" qəzeti xəbər verir ki, İstanbul klubu 29 yaşlı forvardla və müqavilə ilə məxsus olduğu "Lester"lə danışıqları yekunlaşdırıb. "Qalatasaray" icarəyə götürəcəyi futbolçuya bir il ərzində 3,5 milyon avro maaş verəcək.

Qeyd edək ki, Gezzal peşəkar karyerasına Fransanın "Lion" klubunda başlayıb. 2017-ci ildə "Monako"ya transfer olunan futbolçu iki il sonra "Lester"ə keçib. İngiltərə klubu onun transferi üçün 14 milyon avro ödəyib.

2020/21 mövsümündə "Beşiktaş"a icarəyə verilən futbolçu oynadığı 35 oyunda 8 qol vurub və 18 məhsuldar ötürmə edib. Xüsusən vacib qarşılaşmalarda vurduğu qollarla komandaya qələbə qazandıran Gezzal "Beşiktaş"ın çempionluğunda əsas pay sahiblərindən biri hesab olunur.

Fransada doğulub-böyüyən Gezzal tarixi vətəni - Əlcəzair millisinin formasını geyinir (19 oyun, 2 qol)./Fanat.Az 

Xəbər lenti