Xəzər Xəbər

Günün transfer xəbərləri: "Qarabağ"ın sabiq futbolçusu "Everton"da

İdman | 12:42 • 21 İyul 2021
Günün transfer xəbərləri: "Qarabağ"ın sabiq futbolçusu "Everton"da

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"The Sun" qəzeti: "Kallum Hadson-Odoi (Callum Hudson-Odoi) "Çelsi"dən ayrılmaq niyyətində deyil.  Bir müddət öncə ingilis yarımmüdafiəçi "Bavariya"ya təklif olunsa da, 20 yaşlı futbolçu London klubunda qalacaq".

"Mundo Deportivo" idman agentliyi: "Barselona" heyətini gücləndirmək üçün holland yarımmüdafiəçi Donni van de Beki (Donny van de Beek) transfer etmək istəyir. Kataloniya təmsilçisi "Mançester Yunayted"in 24 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürmək niyyətindədir".
 
Baş tutmuş transfer xəbərləri: 

Castin Klyuert (Justin Kluivert) (22 yaşlı yarımmüdafiəçi)

"Roma"dan (İtaliya) - "Nitsa"ya (Fransa)
2021/22 mövsümünün sonuna qədər. 14 milyon avroya geri qaytarma hüququ ilə 1 milyon avroya icarə.  "Ayaks"ın yetirməsi ötən mövsüm icarə əsasında "RB Leypsiq"də oynayıb.

Pablo Ernandez (Pablo Hernández) (36 yaşlı yarımmüdafiəçi)

"Lids"dən (İngiltərə) - "Kastelyon"a (İspaniya)
Azad agent. 3 illik müqavilə. Ötən mövsüm 20 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Asmir Beqoviç (Asmir Begović) (34 yaşlı bosniyalı qapıçı)

"Bornmut"dan (İngiltərə) - "Everton"a (İngiltərə)
Azad agent. 2021/22 mövsümünün sonuna qədər müqavilə.

Andros Taunsend (Andros Townsend ) (30 yaşlı İngilis yarımmüdafiəçi)

"Kristal Pelas"dan (İngiltərə) - "Everton"a (İngiltərə)
Azad agent. 2022/23 mövsümünün sonuna qədər müqavilə.

Kristian Atsu (Christian Atsu) (29 yaşlı yarımmüdafiəçi)

"Nyukasl"dan (İngiltərə) - "Al Raəd"də (Səudiyyə Ərəbistanı)
Azad agent. Ötən mövsüm "Portu" və "Çelsi"də çıxış edib.  Cəmi 7 oyunda meydana çıxıb və 1 qol vurub./fanat.az

Xəbər lenti