Xəzər Xəbər

"Fənərbaxça" "Liverpul"un futbolçusuna təklif göndərdi

İdman | 16:15 • 20 İyul 2021
"Fənərbaxça" "Liverpul"un futbolçusuna təklif göndərdi

Türkiyənin "Fənərbaxça" klubu daha bir iddialı transferə hazırlaşır.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul klubu "Liverpul"un üzvü Xerdan Şakirini heyətinə qatma niyyətindədir. Klubun "qırmızılar"ın heyətində kifayət qədər şans qazanmayan futbolçuya təklif göndərdiyi bildirilir. "Fənərbaxça"nın bu təklifi keçmiş futbolçusu Tuncay Şanlı vasitəsilə göndərdiyi bildirilir. Tətil zamanı isveçrəli futbolçu ilə bir araya gələn Şanlı ona "Fənərbaxça"nın təklifini çatdırıb və klub barədə məlumat verib.

Məlumata görə, "Fənərbaxça" Şakirini sonradan transfer etmə maddəsi ilə icarəyə götürmək niyyətindədir. 29 yaşlı futbolçu ilə "Qalatasaray"ın da maraqlandığı, lakin yüksək transfer və məvacib məbləği səbəbiylə bu keçidi reallaşdırmasının mümkün olmadığı bildirilir.

"Liverpul"la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulan cinah futbolçusu 2018-ci ildən Mersisayd klubunda çıxış edir./Offsideplus.az 

Xəbər lenti