Xəzər Xəbər

Günün transfer xəbərləri: "Bavariya", "Barselona" və "Roma" hərəkətdə

İdman | 12:00 • 20 İyul 2021
Günün transfer xəbərləri: "Bavariya", "Barselona" və "Roma" hərəkətdə

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"Calciomercato" xəbər qəzeti: "Roma" rəhbərliyi "Vilyarreal"ın yarımmüdafiəçisi Alfonso Pedrazanı heyətinə qatmağa hazırlaşır. Futbolçu ilə maraqlananalar siyahısında "Barselona", ​​"Milan" və "Çelsi" də var".

"Mundo Deportivo" xəbər agentliyi: "Bavariya"  amerikalı müdafiəçi Serjinyo Destin (Sergiño Dest) transferi üçün klubu "Barselona"ya müraciət ünvanlayıb. Baxmayaraq ki, 20 yaşlı futbolçu mərkəz mövqeyində oynayır, almanlar onu sağ cinah müdafiəçisi kimi görürlər". 

Rik Elfrink, "Eindhovens Dagblad"ın jurnalisti: "Borussiya" yaxın günlərdə Doniella Malen (Donyell Malen) üçün PSV-yə müraciət edəcək. Artıq futbolçunun meneceri Mino Raiola ilə danışıqlar aparılıb. Hollandiya klubunun 21 yaşlı hücumçu üçün 30 milyon avrodan çox pul tələb edəcəyi gözlənilir".

Canluka Di Marsio, idman jurnalisti: "Roma" və "Palmeiras" uruqvaylı müdafiəçi Matias Vinyanın (Matías Viña) transferi üçün 10 milyon avro üstəgəl bonus qarşılığında razılığa gəliblər. O, A Seriyası klubunun heyətində zədəli Leonardo Spinazzolanı əvəz edəcək".

Baş tutmuş transfer xəbərləri:

Albert Sambi Lokonqa (21 yaşlı belçikalı yarımmüdafiəçi)

"Anderlext"dən (Belçika) - "Arsenal"a... (İngiltərə)
Transfer məbləği: 17,5 milyon avro üstəgəl 4,5 milyon avro. 5 illik müqavilə. Keçən mövsüm 37 oyunda forma geyinən futbolçu üç qol və üç məshduldar ötürmə ilə yadda qaləb.
 
Braim Diaz (Brahim Díaz) (21 yaşlı yarımmüdafiəçi)

"Real Madrid"dən (İspaniya) - "Milan"a... (İtaliya)
22 milyon avroya almaq seçimi ilə 3 milyon avroya 2 mövsümlük icarə. "Real Madrid" 27 milyon avro qarşılığında futbolçunu almaq hüququna sahib olacaq./fanat.az

Xəbər lenti