Xəzər Xəbər

Messidən yeni rekord – 20 milyonla Ronaldonu keçdi

İdman | 10:53 • 20 İyul 2021
Messidən yeni rekord – 20 milyonla Ronaldonu keçdi

Argentina millisinin futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Cənubi amerikalı instaqramda bir şəklə yığılan bəyənmə sayında mütləq göstəriciyə nail olub.

Messinin Amerika kubokundakı qələbədən sonra paylaşdığı şəkil bir həftəyə yaxın müddətdə 20 milyondan artıq “layk” toplayıb. Argentinalı bununla da Kriştiano Ronaldonun rekordunu arxada qoyub. Portuqaliyalının Dieqo Maradonanın ölümündən sonrakı paylaşımı 19,8 milyon dəfə bəyənilmişdi./Apasport.az

Xəbər lenti