Xəzər Xəbər

Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır

İdman | 09:18 • 20 İyul 2021
Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

XəzərXəbər xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutacaq.

Rumıniya təmsilçisi ÇFR Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. Macarıstan çempionu "Ferentsvaroş" Litva "Jalgiris"ini qəbul edəcək. Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası evdə Kipr "Omoniya"sını, Avstriya "Rapid"i isə Çexiyanın "Sparta" (Praqa) komandasını sınağa çəkəcək.

"Seltik" isə Şotlandiyada Danimarka "Midtüllan"ı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)

20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)

Qeyd edək ki, bu raundun digər 7 görüşü iyulun 21-də keçiriləcək.

Xəbər lenti