Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Daha bir dünya ulduzu Türkiyə Superliqasına gəlir

İdman | 21:26 • 19 İyul 2021
Daha bir dünya ulduzu Türkiyə Superliqasına gəlir

Transfer çalışmalarını davam etdirən "Beşiktaş" məşhur futbolçu ilə danışıqlara başlayıb.

İstanbul klubu "Atletiko" və "İnter" kimi klubların formasını geyinmiş Dieqo Qodini transfer etmək istəyir.

Ortacizgi.com-un məlumatına görə, "Qara Qartallar" "Kalyari" ilə 2023-cü ilə qədər müqaviləsi olan 35 yaşlı mərkəz müdafiəçisi ilə artıq danışıqlara start verib. Uruqvaylı futbolçunun Türkiyəyə gəlməyə müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, karyerasına vətəni Uruqvayda başlayan Qodin "Serro" və "Nasional" klublarında oynadıqdan sonra - 2007-ci ildə 800 min avroya "Vilyarreal"a transfer olunub. 3 il sonra "Atletiko" onu 8 milyon avro qarşılığında heyətinə qatıb. 2019-cu ildən "İnter"ə keçən futbolçu ötən ildən formasını geyindiyi "Kalyari"nin heyətində son mövsümdə 28 oyuna çıxaraq 1 qol vurub.

Müdafiəçi "Atletiko"nun heyətində La Liqanın (1 dəfə), "Kral Kuboku"nun (1), İspaniya Superkubokunun (1), Avropa Liqasının (2), UEFA Superkubokunun (3) qalibi olub, iki dəfə Çempionlar Liqasında final oynayıb.

2005-ci ildən Uruqvay millisinə çağırılan Qodin 146 oyuna 8 qola imza atıb. O, milli komanda ilə 2011-ci ildə Amerika Kubokunun qalibi olub./Fanat.Az 

Xəbər lenti

Çox oxunanlar