Xəzər Xəbər

"Barselona" transfer bombasını partlatdı RƏSMİ

İdman | 520 | 21:19 • 19 İyul 2021
"Barselona" transfer bombasını partlatdı
"Barselona” Niderland millisinin hücumçusu Memfis Depayla bağlı Fransanın "Lion” klubu ilə yekun razılıq əldə edib.
 
Bu barədə məlumat "Barselona” klubun rəsmi saytında məlumat yayımlanıb.
 
Belə ki, Memfis Depayın Fransa klubu ilə müqaviləsi başa çatdığından onun üçün transfer haqqı ödənilməyib. Futbolçu 2023-cü ilin sonunadək müqavilə imzalanıb.
 
Qeyd edək ki, Depay 2015-ci ildə PSV-dən "Mançester Yunayted"ə 15 milyon avroya transfer olunub. 2 il sonra isə 16 milyon avro qarşılığında "Lion"a keçib. Futbolçu son mövsümdə Fransa klununun heyətində 40 oyuna çıxaraq 22 qol vurub və 12 məhsuldar ötürmə edib.
 
Qana əsilli futbolçu 2013-cü ildən çağırıldığı Niderland millisində 68 oyun keçirirək 28 qol vurub. /Fanat.Az 

Xəbər lenti