Xəzər Xəbər

AVRO-2020: 1/8 final cütləri - Bakıya hansı millilər gəlir?

İdman | 10:19 • 24 İyun 2021
AVRO-2020: 1/8 final cütləri - Bakıya hansı millilər gəlir?
Futbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb. 
 
Artıq qitə birinciliyinin 1/8 finalında mübarizə aparacaq bütün iştirakçıların adına aydınlıq gəlib.
 
İtaliya, Uels (A qrupu), Belçika, Danimarka (B), Niderland, Avstriya (C), İngiltərə, Xorvatiya (D), İsveç, İspaniya (E), Fransa və Almaniya (F) milliləri uyğun olaraq 1-ci və 2-ci yerləri tutaraq pley-offda oynamaq şansı qazanıb. 
 
Eləcə də, ən yaxşı göstəricilərə malik 4 qrup üçüncüsü də 1/8 finala yüksəlib. Bu komandalar Çexiya (D), İsveçrə (A), Portuqaliya (F) və Ukrayna (C) yığmalarıdır.
 
 
26 iyun
 
20:00. Uels – Danimarka
Amsterdam. "Yohan Kroyff Arena”
 
23:00. İtaliya – Avstriya
London. "Uembli” stadionu.
 
27 iyun
 
20:00. Niderland – Çexiya
Budapeşt. "Puşkaş Arena”.
 
23:00. Belçika – Portuqaliya
Sevilya. "La Kartuxa” stadionu.
 
28 iyun
 
20:00. Xorvatiya – İspaniya
Kopenhagen. "Parken” stadionu.
 
23:00. Fransa – İsveçrə
Buxarest. Milli stadion.
 
29 iyun
 
20:00. İngiltərə – Almaniya
London. "Uembli” stadionu.
 
23:00. İsveç – Ukrayna
Qlazqo. "Hempden Park” stadionu.
 
Qeyd edək ki, Çexiya – Niderland və Uels - Danimarka cütlərinin qalibləri Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Həmin matç iyulun 3-də keçiriləcək.
 
Fanat.Az

Xəbər lenti