Xəzər Xəbər

Eriksendən səhhəti ilə bağlı açıqlama: Müayinə...

Kristian Eriksen: Hələ bir neçə müayinədən keçməliyəm
İdman | 12:05 • 15 İyun 2021
Eriksendən səhhəti ilə bağlı açıqlama: Müayinə...

“Dəstəyinizə görə çox sağ olun: bu mən və ailəm üçün çox şey deməkdir”.

Bunu Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen tvitter səhifəsində yazıb.

AVRO-2020-nin Finlandiyaya qarşı keçirilən ilk oyununda huşunu itirərək yerə yıxılan və bir müddət ürəyi dayanan ulduz futbolçunu həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.

Hazırda xəstəxanada müayinə olunan Danimarka yığmasının aparıcı futbolçusu paylaşımında özünü daha yaxşı hiss etdiyini yazıb: “Xəstəxanada hələ bir neçə müayinədən keçməliyəm, amma özümü yaxşı hiss edirəm. İndi növbəti matçlarda komandamıza azarkeşlik edəcəyəm. Danimarka kimi oynayın!”./Apasport.az 

Xəbər lenti