Xəzər Xəbər

Belçika yığması Rusiya komandasına böyük hesabla qalib gəlib

İdman | 09:07 • 13 İyun 2021
Belçika yığması Rusiya komandasına böyük hesabla qalib gəlib

İyunun 12-də futbol üzrə Avropa çempionatının B qrupunda birinci turun oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüşdə Belçika və Rusiya komandaları qarşılaşıb. Oyun 3:0 hesabı ilə Belçika komandasının xeyrinə başa çatıb. Qolları Romelu Lukaku (10-cu və 88-ci dəqiqə) və Tomas Muniyer (34-cü dəqiqə) vurublar.

B qrupunun digər görüşündə isə Finlandiya komandası Danimarka yığmasını 1:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.

Xəbər lenti