Xəzər Xəbər

AVRO-2020: Türkiyə millisi Bakıya gəlir

İdman | 11:54 • 12 İyun 2021
AVRO-2020: Türkiyə millisi Bakıya gəlir

AVRO-2020-nin qrup mərhələsindəki ilk oyununu İtaliyaya qarşı keçirən Türkiyə millisi Bakıya yollanmağa hazırlaşır.

Qardaş ölkə təmsilçisi bu gün paytaxtımıza yollanacaq.

“Ay-ulduzlular”ı gətirəcək təyyarə Bakı vaxtı ilə 14:00-da Romadan səmaya qalxacaq. Şenol Günəşin yetirmələri A qrupundakı son iki görüşünə məhz paytaxtımızda hazırlaşacaq.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək./Apasport.az 

Xəbər lenti