Xəzər Xəbər

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib

İdman | 16:42 • 11 İyun 2021
“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Xezerxeber.az kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovski ilə 2+1 illik müqavilə imzalayıb.

O, komandada 20 nömrəli formanı geyinəcək.

İyirmi beş yaşlı yarımmüdafiəçi Braziliyanın “Koritiba” klubunun yetirməsidir. Kady Yuri Borqes Malinovski 2019-cu ilədək bu komandada çıxış edib.

Xəbər lenti