Xəzər Xəbər

"Fənərbağça"nın gizli danışıqlar apardığı məşhur mütəxəssis kimdi? - AÇIQLANDI

İdman | 16:08 • 11 İyun 2021
"Fənərbağça"nın gizli danışıqlar apardığı məşhur mütəxəssis kimdi? - AÇIQLANDI
Emre Belözoğlu ilə yollarını ayıran "Fənərbağça" baş məşqçi axtarışlarını davam etdirir.
 
İstanbul klubunun prezidenti Ali Koçun gizli danışıqlar apardığı mütəxəssisin adı açıqlanıb. Məlum olub ki, klub prezidenti Lusian Favre ilə danışıqlar aparır.
 
63 yaşlı isveçrəli mütəxəssislə ilk görüş uğurlu olub. Onun "Fənərbağça"ya başçılıq etmək şansı böyükdür.
 
Qeyd edək ki, Lusian Favre məşqçi karyerası ərzində İsveçrənin "Exallens", "Yverdon Sport", "Servett", "Sürix", Almaniyanın "Herta", "Borussiya" (Münhenqladbax), "Nitsa" və "Borussiya" (Dortmund) klublarını çalışdırıb. O, "Sürix"lə İsveçrə çempionluğunu (2) və kubokunu (1), Dortmund" "Borussiya"sı ilə Almaniya Super Kubokunu qazanıb./Fanat.Az

Xəbər lenti