Xəzər Xəbər

İsveçrə yığması Bakıda Uels ilə oyundan əvvəl son məşqini keçirib

İdman | 15:27 • 11 İyun 2021
İsveçrə yığması Bakıda Uels ilə oyundan əvvəl son məşqini keçirib

“Avro-2020”nin A qrupu çərçivəsində iyunun 12-də Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq İsveçrə yığmasının oyundan əvvəl son məşqi olub.

Baş məşqçi Vladimir Petkoviçin yetirmələri hazırlıq prosesini “Dalğa Arena”da keçiriblər.

Uels-İsveçrə matçı iyunun 12-də saat 17:00-da başlayacaq.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 16-da Türkiyə - Uels, dörd gün sonra Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Xəbər lenti