Xəzər Xəbər

AVRO-2020: İsveçrə millisi Bakıda oyun öncəsi son məşqə çıxdı

İdman | 14:23 • 11 İyun 2021
AVRO-2020: İsveçrə millisi Bakıda oyun öncəsi son məşqə çıxdı

AVRO-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq İsveçrə yığması oyun öncəsi son məşqinə çıxıb.

Baş məşqçi Vladimir Petkoviçin rəhbərliyi altındakı hazırlıq prosesi "Dalğa Arena"da baş tutub.

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, BOS bu oyunla yanaşı, Türkiyə - Uels, Türkiyə - İsveçrə, eləcə də bir 1/4 final mərhələsinin 1 matçına ev sahibliyi edəcək.

Xəbər lenti