Xəzər Xəbər

Mariya Stadnik “Poland Open” turnirinin yarımfinalına yüksəlib

İdman | 14:55 • 10 İyun 2021
Mariya Stadnik “Poland Open” turnirinin yarımfinalına yüksəlib

Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

Xezerxeber.az xəbər verir ki, üçüncü yarış günündə - iyunun 10-da qadın güləşçilər mübarizəyə qoşulub.

Güləşçimiz Mariya Stadnik (50 kq) startda Rumıniya idmançısını tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

Xəbər lenti