Xəzər Xəbər

"Çelsi" PSJ ilə yarışacaq - Kimin üçün?

İdman | 13:53 • 10 İyun 2021
"Çelsi" PSJ ilə yarışacaq - Kimin üçün?
Çempionlar Liqasının son qalibi "Çelsi" yeni mövsümə hazırlıqları davam etdirir. 
 
London təmsilçisi "İnter"in müdafiəçisi Aşraf Hakimiyə göz dikib. 
 
Bu barədə tanınmış jurnalist Canluka Di Marsionun rəsmi saytı məlumat yayıb. 
 
22 yaşlı mərakeşli futbolçu PSJ-nin də diqqət mərkəzindədir. Fransızlar onun üçün 60 milyon avrodan keçməyə hazır olsa da, İtaliya klubu Hakimi üçün 80 milyon avro istəyir. Hələlik "Çelsi"nin "İnter"ə nə qədər təklif edəcəyi bəlli deyil. 
 
Qeyd edək ki, Aşraf Hakimi Mərakeş millisinin üzvüdür. O, 2020-ci ildən "İnter"in şərəfini qoruyur. 37 oyunda meydana çıxan gənc futbolçu 7 dəfə fərqlənib. /Fanat.Az 

Xəbər lenti