Xəzər Xəbər

Terimin "Qalatasaray"da qalmaq üçün şərtləri açıqlandı

İdman | 10:51 • 10 İyun 2021
Terimin "Qalatasaray"da qalmaq üçün şərtləri açıqlandı

Baş məşqçi Fatih Terimin Türkiyənin "Qalatasaray" komandasında qalması üçün şərtləri bəlli olub.

"Fotomac" xəbər verir ki, klubda prezident seçkilərində namizəd olan 4 funksioner 68 yaşlı mütəxəssislə yola davam ediləcəyini açıqlayıb.

Terim isə yeni rəhbərliyin hədəflərinin yüksək olmasını tələb edir. Baş məşqçi, vəzifəsində qalacağı təqdirdə, iddialı komandanın qurulmasını istəyəcək. O, yeni cinah və mərkəz müdafiəçilərinin, 6, 8 və 10 nömrə mövqeyində oynaya biləcək futbolçuların alınmasını tələb edəcək. Bunun üçün isə ən azı 50 milyon avroluq transfer büdcəsi yaradılmalıdır.

Təcrübəli mütəxəssis Sofian Fequli və Radamel Falkao kimi futbolçuların satılmasını da planlaşdırır.

Baş məşqçi Fatih Terimin də müqaviləsi başa çatıb. Onun klubdakı taleyinə prezident seçkisindən sonra aydınlıq gələcək./report

Xəbər lenti