Bakı 22 ℃
Xəzər Xəbər
USD 1.7

İspaniya La Liqasının 37-ci turunun oyunları keçirilib NƏTİCƏLƏR

İdman | 154 | 08:38 • 17 May 2021
İspaniya La Liqasının 37-ci turunun oyunları keçirilib

Mayın 15-də futbol üzrə İspaniya La Liqasının 37-ci turunun oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, turun maraq doğuran görüşləri turnir cədvəlində ilk üç pillədə qərarlaşan komandaların oyunları olub.

“Real Madrid” klubu səfərdə “Atletik Bilbao” komandasını qonağı olub. Görüş Madrid təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 68-ci dəqiqədə Naço olub.

Madrid şəhərin digər təmsilçisi, turnir cədvəlinin lideri “Atletik Madrid” öz meydanında “Osasuna” klubunu qəbul edib. Gərgin keçən görüş də madridlilərin qələbəsi ilə yekunlaşıb - 2:1.

Çempionluğa iddialı digər klub “Barselona” öz meydanında “Selta Viqo” komandasını gözlənilmədən məğlub olub. Oyunda hesabı 28-ci dəqiqədə Lionel Messi açıb. On dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Santi Mina fərqlənib. Fasilədən sonra (89-cu dəqiqədə) S.Mina dublun rəsimləşdirərək komandasına qələbə qazandırıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib.

Beləliklə, bu nəticələrdən sonra aktivində 83 xalı olan “Atletik Madrid” liderliyin qoruyub saxlayıb, 81 xalı olan “Real Madrid” ikinci, 76 xalı olan “Barselona” isə üçüncü yerdə qərarlaşıb.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Alaves” - “Qranada” - 4:2;

“Betis” - “Ueska” - 1:0;

“Valensiya” - “Eybar” - 4:1;

“Vilarreal” - “Sevilya” - 4:0;

“Kadiz” - “Elçe” - 1:3;

“Real Sosyedad” - “Valyadolid” - 4:1;

“Xetafe” - “Levante” - 2:1.

Xəbər lenti

Çox oxunanlar