Xəzər Xəbər

Robert Levandovski əfsanəvi Gerd Müllerin rekordunu təkrarlayıb

İdman | 12:04 • 16 May 2021
Robert Levandovski əfsanəvi Gerd Müllerin rekordunu təkrarlayıb

Ötən gün futbol üzrə Almaniya çempionatının 35-ci turu çərçivəsində keçirilən “Bavariya” – “Frayburq” oyunu Münxen təmsilçilərinin hücumçusu Robert Levandosvki üçün əlamətdar olub.

Matçın 26-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən fərqlənən polşalı ulduz futbolçu cari mövsümdə 29 oyunda 40 qol vurub. O, bu göstəriciyə görə “Bavariya” klubunun əfsanəvi futbolçusu Gerd Müllerin rekordunu təkrarlayıb. G.Müller bu nailiyyəti 1971-1972-ci il mövsümündə reallaşdırıb.

R.Levandovski cari mövsümdə bütün turnirlərdə 34 oyunda 45 dəfə fərqlənməyə nail olub.

Xəbər lenti