Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

“Lester Siti” tarixində ilk dəfə İngiltərə kubokunun qalibi olub

İdman | 187 | 09:26 • 16 May 2021
“Lester Siti” tarixində ilk dəfə İngiltərə kubokunun qalibi olub

Mayın 15-də futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.

Xezerxeber.az xəbər verir ki, turnirin həlledici görüşündə “Lester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.

"Lester Siti" Londondakı "Uembli" stadionunda 21 min tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0.

Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, "Lester Siti" tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub. "Tülkülər" kuboku əldə edən 44-cü komanda olub. Əvvəlki dörd finalda “Lester Siti” məğlubiyyətlə üzləşiblər.

Xəbər lenti

Çox oxunanlar