Xəzər Xəbər

Arif Rəhimov: Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq

İdman | 16:55 • 12 May 2021
Arif Rəhimov: Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq

"Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin əsla olmayacağı təsdiqlənib".

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a açıqlamasında bildirib.

O, qaliblərə kuboku təqdim edəcək şəxslərin yarışda iştirak edəcəklərini söyləyib: "Biz onları müvafiq qaydada yerləşdirməliyik. Xüsusən, bu, rəhbərlikdirsə. Amma azarkeşlər ümumiyyətlə olmayacaq".

Qeyd edək ki, İspaniya və Monako Qran-prilərində məhdud sayda azarkeşlərin iştirakına icazə verilib. Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

Xəbər lenti