Xəzər Xəbər

Buffon "Barselona" ilə müqavilə bağlaya bilər

İdman | 14:45 • 12 May 2021
Buffon "Barselona" ilə müqavilə bağlaya bilər

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon yayda İspaniya "Barselona"sı ilə müqavilə bağlaya bilər.

"Footmercato"nun məlumatına görə, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir. Rəhbərlik italiyalı oyunçuya əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb./report

Xəbər lenti