Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Buffon ayrılıq qərarı verdi

İdman | 220 | 18:33 • 11 May 2021
Buffon ayrılıq qərarı verdi

"Mənim gələcəyim artıq məlumdur. "Yuventus"da gözəl və çox uzun dövr bu il tam başa çatır. Fikrimcə, mən klubuma hər şeyimi verdim və daha çoxunu aldım".

Bunu İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon "Goal" nəşrinə açıqlamasında deyib. 43 yaşlı qolkiper gələcəyi barədə də danışıb: "Ya daha oynamayacaq, ya məni karyerama davam qərarı verməyə sövq edən situasiyada olacaq, ya da fərqli həyat təcrübəsi qazanacağam".

Mövsüm bitdikdən sonra Buffonun oyunçu karyerasına başladığı "Parma"ya keçmək istədiyi bildirilir.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb.

Xəbər lenti

Çox oxunanlar