Xəzər Xəbər

Burak Yılmaz mövsümün oyunçusu adına namizəd oldu

İdman | 16:38 • 11 May 2021
Burak Yılmaz mövsümün oyunçusu adına namizəd oldu

"Lill"in və Türkiyə millisinin futbolçusu Burak Yılmaz Liqa-1 də mövsüm futbolçusu seçilə bilər.

35 yaşlı hücumçu "Kanal+"un təşkil etdiyi seçkidə namizəd olaraq yer alıb. Yılmazın rəqibləri arasında PSJ-dən Neymar və Kilian Mbappe, "Lyon"dan Memfis Depay və "Monako"dan Uissam ben Yedder var.

Burak cari mövsüm Liqa 1-də 26 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.

Qeyd edək ki, Burak Yılmaz ötən ildən "Lill"də çıxış edir. O, 2006-cı ildən Türkiyə millisinin üzvüdür./Qol.az

Xəbər lenti