Xəzər Xəbər

Çeferin "Real" və "Barselona"nı cəzalandırmaq istəyir

İdman | 14:35 • 8 May 2021
Çeferin "Real" və "Barselona"nı cəzalandırmaq istəyir

UEFA prezidenti Aleksandr Çeferin Avropa Superliqasından ayrılmayan "Real" və "Barselona"nı sərt şəkildə cəzalandırmaq istəyir.

Bu barədə "Cope" məlumat yayıb. Çeferin mayın 29-da Çempionlar Liqasının finalından sonra həmin klubların turnirdən 2 illik kənarlaşdırılmasını təklif edəcək. Yarışın prezidenti Florentino Peres isə bu təşkilatdan çıxan klubları yenidən bir yerə toplaya biləcəyini düşünür.

Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb./Qol.az

Xəbər lenti