Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Neymar daha dörd il “PSJ”də qalacaq

İdman | 108 | 09:42 • 8 May 2021
Neymar daha dörd il “PSJ”də qalacaq

Braziliyalı hücumçu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu ilə mövcud razılaşmanın müddətini daha dörd il uzadacaq.

Bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı futbolçu bu gün (8 may – Red) “PSJ” ilə 30 iyun 2026-cı il tarixinədək yeni müqavilə imzalayacaq. 29 yaşlı Neymar bu mövsüm oynadığı 27 matçda 15 qol vurub.

Qeyd edək ki, Neymar “PSJ”yə 2017-ci ildə “Barselona”dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar