Xəzər Xəbər

Mourinyu paytaxt klubu ilə 3 illik müqavilə imzaladı - RƏSMİ

İdman | 12:39 • 5 May 2021
Mourinyu paytaxt klubu ilə 3 illik müqavilə imzaladı - RƏSMİ
"Roma”nı növbəti mövsümdən Joze Mourinyu çalışdıracaq.
 
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər 3 illik müqaviləyə qol çəkib.
 
"Roma" bu gün yaydığı açıqlamada indiki baş məşqçisi - portuqaliyalı Paulo Fonseka ilə mövsümün sonunda vidalaşacaqlarını bəyan edib. 
 
Qeyd edək ki, son iş yeri İngiltərə "Tottenhem"i olan Joze Mourinyo aprelin 19-da istefaya göndərilib. O, bu komanda ilə yanaşı, ölkəsində "Portu”, İtaliyada "İnter", İspaniyada "Real”, İngiltərədə "Çelsi" və "Mançester Yunayted"in də baş məşqçisi olub./Fanat.Az

Xəbər lenti