Xəzər Xəbər

AVRO-2020: Kopenhagendəki oyunlar üçün azarkeş kvotası artırıldı

İdman | 12:42 • 5 May 2021
AVRO-2020: Kopenhagendəki oyunlar üçün azarkeş kvotası artırıldı

Futbol üzrə Avropa çempionatının Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək oyunlarını 15 900 azarkeş izləyə biləcək.

AVRO-2020-nin Danimarka üzrə Təşkilat Komitəsi "Parken" stadionundakı 4 oyun üçün tamaşaçı sayının artırılmasını qərara alıb.

Bu arenanın ümumi tutumu 38 min nəfərlikdir. Danimarka UEFA-ya minimum 25 faiz kvota təminatını vermişdi.

"Parken"də qrup mərhələsinin Danimarka - Finlandiya, Danimarka - Belçika və Rusiya - Danimarka oyunları, habelə 1/8 final mərhələsinin bir görüşü keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda olacaq.

Xəbər lenti