Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

Ronaldo klubunu dəyişəcək - O, karyerasını başqa klubda bitirəcək

İdman | 152 | 15:53 • 4 May 2021
Ronaldo klubunu dəyişəcək - O, karyerasını başqa klubda bitirəcək

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasını “Sportinq”də bitirməyi düşünür.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, buna görə də, 36 yaşlı portuqaliyalı futbolçu “Yuventus”la yeni müqavilə imzalamaq niyyətində deyil. Futbolçu 2022-ci ilin yayında klubla hazırkı müqaviləsi bitən kimi “Sportinq”ə keçmək istəyir.

Ronaldo 2018-ci ildən "Yuventus"da oynayır. Forvard “Sportinq”in yetirməsidir.

Portuqaliyalı bu mövsüm A seriyasının 30 oyununda 27 qol vurub və 3 məhsuldar ötürmə edib.

Çox oxunanlar

Neft bahalaşıb
36 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
873 | 17:16 • 19 Aprel 2021